Almaniyanın Bilefeld şəhərində yerləşən supermarketdə naməlum maddənin mağazaya sızması nəticəsində azı 18 nəfər xəsarət alıb.
Məlumatı şəhərin polis idarəsi də təsdiq edib.
Məlumata görə, zərərçəkənlər nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.
Qeyd olunur ki, hazırda mütəxəssislər mağazaya sızan maddənin tərkibini öyrənməyə çalışırlar.
Mənbə: DPA