Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Al-Ittihad” qəzetinə müsahibəsində danışıb.
“Mən qəzəblənmişəm, bu cür hallardan iyrənirəm. Xalqın müqəddəs hesab etdiyi hər hansı bir kitaba möminlərə hörmət naminə hörmətlə yanaşılmalıdır”.
O əlavə edib ki, söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir.