İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin həyat yoldaşı Yasmin Pəhləvinin sosial şəbəkədə paylaşdığı şəkil maraqla qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, Pəhləvi öz instaqram hesabında Xəzər dənizi çimərliklərinin birində çəkilmiş fotosunu paylaşıb.
“Mən ilk dəfə Xəzər dənizinə qədəm qoymağın dərin hissini və şərəfini sizlərlə bölüşmək istərdim, əzizlərim. Vətənimə yaxın olmaq məni sevindirdi. Ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu başa düşmək çox qəribə idi”,- deyə Pəhləvi yazıb.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində, eləcə də yerli mətbuatda Yasmin Pəhləvinin ölkəmizə xüsusi dəvətlə bir neçə gündür gəldiyi, məlum fotonun isə Bakı sahillərində çəkildiyi bildirilir.