Yeni qonaq evləri, dağ havası, möhtəşəm gözəllik…
Ermənilər Kəlbəcər və Ağdərədə yeni qonaq evləri tikəcək.
Müstəqil.Az News12.az-a istinad edərək xəbər verir ki, ekoturizmin inkişafı məqsədi ilə qondarma Dağlıq Qarabağ Respublikası yeni layihə hazırlayıb. Layihəyə əsasən ilk olaraq Azərbaycanın işğal olunmuş Kəlbəcər və Ağdərə rayonları əraisində 15 B&B (Bed and breakfast- çarpayı və səhər yeməyi verən kiçik qonaq evləri) tipli qonaq evləri tikiləcək. Ermənistanın orta və kiçik biznesə dəstək milli mərkəzinin və “Arçax” inkişaf fondunun dəstəyi ilə tikiləcək qonaq evlərinin yaxın vaxtlarda istifadəyə verilməsi palanlaşdırılır. Artıq Ermənistan turizm şirkətləri müxtəlif üsullardan istifadə edərək xarici turistləri bu ərazilərə dəvət edir.
Müstəqil.Az