Atasından polisə şikayətə gələn şəxs ürəktutmadan öldü

Atasından polisə şikayətə gələn şəxs ürəktutmadan öldü

İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib.

O, sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb.

Tibbi müdaxilələrə baxmayaq o, ürəktutmasından ölüb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə  meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalar davam etdirilir.


Share: