BMT TŞ-nin Ukrayna üzrə iclasına o sədrlik edəcək

BMT TŞ-nin Ukrayna üzrə iclasına o sədrlik edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iyulun 17-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasına sədrlik edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlamasına həsr olunmuş brifinqdə ölkənin dünya təşkilatındakı daimi nümayəndəsi Barbara Vudvord bildirib.

“İyulun 17-də Ukrayna ilə bağlı iclasa xarici işlər naziri Ceyms Kleverli sədrlik edəcək”.

Bir qayda olaraq, nazirlər səviyyəsində iclaslara BMT Təhlükəsizlik Şurasının digər ölkələrindən nümayəndələr dəvət olunur. Vudvord qeyd edib ki, bir neçə xarici işlər naziri görüşdə iştirak etməyə hazır olduqlarını bildirib, lakin iştirakçıların yekun siyahısı hələ formalaşmayıb.

Jurnalistin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşdə mümkün iştirakı ilə bağlı sualına Böyük Britaniyanın daimi nümayəndəsi deyib ki, o, Sergey Lavrovun görüşə gələcəyinə çox şübhə ilə yanaşır.


Share: