“İğtişaşların pik nöqtəsi artıq keçib”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirdiyi görüşdə deyib.
“Gələcək günlər və həftələrdə diqqətli olmalıyıq, lakin gördüyünüz kimi, iğtişaşların pik nöqtəsi artıq keçib”, – deyə Makron bildirib.
O vurğulayıb ki, hakimiyyət davamlı nizam-intizam üçün səy göstərməlidir.
Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də polisin 17 yaşlı gənci öldürməsindən sonra başlayıb.