İran XİN başçısı Azərbaycana səfərindən yazdı

İran XİN başçısı Azərbaycana səfərindən yazdı

“Bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfəri ilə bağlı tviterdəki paylaşımında bildirib.

O, ölkəmizə səfərini qonşuluq siyasətini inkişaf etdirmək üçün fürsət adlandırıb.

“Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”, – deyə o vurğulayıb.


Share: