Budapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.
Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək”, – deyən nazir yaxın gələcəkdə türk həmkarları ilə sıx və daimi təmasda olacağına söz verib.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveçin alyansa daxil olması prosesi isə Türkiyənin tələbləri ilə bağlı dayandırılıb.
Mənbə: eurointegration.com.ua