PSJ-nin yeni baş məşqçisi artıq komanda ilə işə başlayıb

PSJ-nin yeni baş məşqçisi artıq komanda ilə işə başlayıb

Tanınmış ispan mütəxəssis Luis Enrike artıq Fransanın “Paris Saint-Germain” klubu ilə işləməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Xatırladaq ki, Enrike PSJ-nin baş məşqçisi postunda Kristof Qaltyeni əvəzləyib.

Qeyd edək ki, 2022-ci ildə Qaltye iki illik əmək müqaviləsi bağlayaraq PSJ-nin baş məşqçisi vəzifəsinə dəvət edildi. 2022/23 mövsümündə onun rəhbərliyi altında paytaxt təmsilçisi Fransa çempionu olub.


Share: