Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib — Video

Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib — Video

Məşhur türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı Şəmkirin Şiştəpə kəndində toyda çıxış edib.

E. Gündeşi səhnədə şəxsi ansamblı müşayiət edib. 

Toy şəxsi villada gerçəkləşib. Gecədə aparıcılığı Leyla Quliyeva edib.

Tədbirdə Xalq artisti Röya Ayxan, müğənni Ramal İsrafilov da yer alıb.

Bu məqamda müğənni Günel Zeynalovanın instaqram paylaşımı diqqət çəkib.

Günel iki gün davam edən toyda Ebrunun onunla bir səhnəyə çıxmaq istəmədiyini açıqlayıb. O, iyulun 3-də toyda çıxış etdiyini vurğulayıb. 

“Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi”, – deyə ifaçı paylaşımında yazıb.

Qeyd edək ki, Ebru Günelin iş adamı Reza Zərrabla nişanlı olduğu ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.  


Share: