İspaniyanın “Atletiko” klubu Türkiyə millisinin üzvü Çağlar Söyüncünü transfer edib .
“Qafqazinfo” xəbər verir ki, bu Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi İspaniya klubuna azad agent kimi keçib. Onunla 4 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Çağların son klubu bu yay ayrıldığı “Lester” olub. O, 2018-ci ilin yayından bu komandada oynayırdı. Söyüncü 2016-cı ildən Türkiyə millisinin üzvüdür.