Xerson atəşə tutuldu — Yaralılar var

Xerson atəşə tutuldu — Yaralılar var

Rusiya ordusu Xerson vilayətinin Belozerka bölgəsini atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda məlumat verib.

“Rusiya ordusu Belozerkada yaşayış binalarını vurub. 6 mülki şəxs yaralanıb. Onların arasında 10 yaşlı uşaq da var”, – deyə Yermak qeyd edib.


Share: