Hakan Fidan Antoni Blinkenlə danışıb

Hakan Fidan Antoni Blinkenlə danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

Danışıqlar zamanı iyulun 17-də müddəti başa çatacaq Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi, İsveçin NATO-ya daxil olması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə məsələlərini müzakirə edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi danışıqların yekunlarına dair məlumat yayıb.

“Söhbət zamanı NATO-nun genişlənməsi, İstanbul taxıl sazişi, o cümlədən sintetik narkotik təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və iyulun 7-də ABŞ-də bu problemə həsr olunmuş beynəlxalq görüş müzakirə edilib”, – nazirlik məlumat verib.

Mənbə: TRT

Share: