Ermənistan məktəblərində Azərbaycan dilinin öyrənilməsinə maraq var

Ermənistan məktəblərində Azərbaycan dilinin öyrənilməsinə maraq var

2022-2023-cü tədris ilində Ermənistanın 12 məktəbində türk dili, 4 məktəbində isə Azərbaycan dili tədris olunurdu.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Azərbaycan və türk dillərini yalnız 10-12-ci sinif şagirdləri öyrənir.

Həmçinin bildirilir ki, 2022-2023-cü tədris ilində regional dillərin tədrisi 33 ümumtəhsil müəssisəsində təşkil olunub ki, onlardan 13-ü fars, 3-ü gürcü, 12-si türk, 4-ü isə Azərbaycan dilini öyrənməyə başlayıb.

Daha 400 erməni məktəbi yaxın perspektivdə regional dilləri (türk, Azərbaycan, gürcü və fars) öyrənmək arzusunu ifadə edib. Lakin nazirlik bu və ya digər dili seçən məktəblərin sayı barədə məlumat verməyib.

“Regional dil öyrənmək istəyən məktəblərin əksəriyyətində müvafiq mütəxəssis yoxdur”, – nazirliyin açıqlamasında deyilir.


Share: