Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — Fotolar

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — Fotolar

Bu gün baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə Naxçıvan Prokurorluğunda baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə K. Əliyev Heydər Əliyevin Naxçıvan və Azərbaycanda rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi barədə məlumat verib.

K. Əliyev o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma proseslərində çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı çıxış edib.

Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşlarının iş şəraitilə yerində tanış olan Baş prokuror Kamran Əliyev “Elektron Prokurorluq İnformasiya Sistemi”nin tətbiqi ilə də yaxından maraqlanıb.

Bundan başqa, Naxçıvan Prokurorluğu və Naxçıvan hərbi prokurorluğuna verilən yeni kriminalistik və xidməti avtomobillərə baxış keçirilib.


Share: