“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 10-cu turu olan Britaniya Qran-prisinin qalibi olub.
Yarışlar “Silverstone” dairəsində keçirilib.
İkinci yeri “McLaren”dən britaniyalı Lando Norris tutub. İlk üçlüyü “Mercedes”i təmsil edən Lyuis Hamilton qapayıb.
Qeyd edək ki, növbəti Qran-pri mərhələsi iyulun 21-dən 23-dək Macarıstanda keçiriləcək.
Mənbə: TASS