İyulun 8-i axşam saatlarında Bakıda daha bir nəfər dənizdə boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, Sabirabad rayonunun Cavad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədov Mərhəmət Ülfət oğlu çimərlikdə suda boğulub.
Mərhəmət Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.