Günvurma ilə bağlı edilən müraciətlərin sayı AÇIQLANDI

Günvurma ilə bağlı edilən müraciətlərin sayı AÇIQLANDI

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

TƏBİB-dən verilən məlumata görə, onlardan doqquz nəfəri hospitalizasiya edilib, 14 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edilib ki, müraciət edənlərdən 17-si kişi, altısı qadın olub.

Share: