Kuleba Almaniyanı Merkelin səhvini təkrarlamamağa çağırdı

Kuleba Almaniyanı Merkelin səhvini təkrarlamamağa çağırdı

“Almaniya hökumətini 2008-ci ildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı birmənalı şəkildə çıxış edən kansler Merkelin səhvini təkrarlamamağa çağırıram”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

O vurğulayıb ki, 2008-ci ildə müttəfiq dövlətlər belə “tarixi qərar” qəbul edəcək qədər cəsarətli olmayıblar və Avro-Atlantik zonanın təhlükəsizliyini təmin edə bilməyiblər. Bu səbəbdən “Rusiya özünü daha aqressiv aparmağa başlayıb”.


Share: