“Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
“Report”un məlumatına görə, bunu “Linkoln”un futbolçusu Liam Uoker Cəbəllütariqdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi “Youtube” kanalına açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi meydanda sonadək mübarizə aparacaqlarını bildirib:
“Matça yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Nə bacarırıqsa, onu da edəcəyik. Məncə, şanslar bərabərdir. Hər iki komanda qələbə qazanmağa çalışacaq”.
Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.