Efirdə xoşagəlməz hadisə…Müğənninin şalvarı partladı…

Müğənni Keti Perri American İdol teleşousunun  münsiflər heyətində iştirak edərkən xoşagəlməz olayla üzləşib. Bir iştirakçının çıxışının müzakirəsi getdiyi zaman müğənni gözlənilmədən bərkdən gülməyə başlayıb.
Müstəqil.az Dni.ru. saytına istinadən xəbər verir ki, müğənni çaşıb qalmış kolleqalarına şalvarının cırıldığını deyib.
İnsident müğənninin özünü xüsusi olaraq kefini pozmayıb. O ayağa qalxıb arxasını salona çevirib və bədəninin lüt qalmış ətli yerini nümayiş etdirib.
Onun aparıcı yoldaşı Layonel Riçi çalışıb ki, müğənninin çılpaq yerini örtsün, amma imkan tapmayıb. Səhnə işçiləri zədələnmiş kostyumu bərpa edənə qədər, rejissorlar onun ulduzlu yanlarını proqramın loqotipilə gizlədib…

Share: