Qubanın İsnovqışlaq kəndində yerləşən Səməd Vurğun adına park baxımsızlıqdan məhv olmaq üzrədir.
Xezerxeber.az-ın məlumatına görə, küçə itlərinin məkanına çevrilən bu parkın baxımsızlığı, ətrafdan gələn üfunət sakinləri narahat edir.
Onlar sözügedən park ərazisinin kəndin mərkəzi sayıldığını bildiriblər.
Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin bunun nəticəsiz qaldığını bildiriblər.
Problemə münasibət bildirən İsnovqışlaq kənd bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov iddia edib ki, sakinlər özləri zibilləri ətrafa atırlar.
“Buna baxmayaraq, ərazidə təmizlik işləri aparılcaq”,- deyə bələdiyyə sədri vurğulayıb.
Daha ətraflı süjetdə: