Dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnəyə qoyulacaq..
Kulis.az xəbər verir ki, səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, iyulun 16-da təqdim olunacaq tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.