Rusiyada dördüncü sinif şagirdi dünyaya uşaq gətirdi

Rusiyada dördüncü sinif şagirdi dünyaya uşaq gətirdi

Novosibirskdə dördüncü sinif şagirdi dünyaya uşaq gətirib.

Bu barədə Rusiyanın region üzrə səhiyyə nazirinin müavini Tatyana Anoxina bildirib.

Onun sözlərinə görə, qızın cəmi 11 yaşı var. Məktəbli qız son 10 il üçün regionun ən gənc anası hesab olunur.

Səhiyyə qurumu rəsmisi Novosibirskdə hər il yetkinlik yaşına çatmayan qızların ana olduğunu, lakin belə erkən doğuşlara nadir hallarda rast gəlindiyini deyib. O, adətən ildə 15-17 yaşlarında təxminən 10 qızın ana olduğunu əlavə edib.

T.Anoxina onu da vurğulayıb ki, məktəbli qız sağlam uşaq dünyaya gətirib.

Uşağın atasından bəhs edilməyib.

Mənbə: MK.RU

Share: