Türkiyənin “Qalatasaray” klubu Azərbaycanın SOCAR şirkəti ilə sponsorluq müqaviləsi imzaladığını rəsmən açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Məlumata görə, şirkətlə sponsorluq müqaviləsi 2023/2024-cü il mövsümündən başlayaraq 3 ili əhatə edir.
Müqaviləyə əsasən, UEFA-nın bayrağı altından keçirilən yarışlarda “Qalatasaray”ın formasının sinəsində də SOCAR-ın adı yazılacaq.