“Evdə təbii üsulla dondurmalar hazırlamaq olar. Bu dondurmalar uşaqlar üçün zərərli deyil”.
Oxu.Az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.
O bildirib ki, bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik və bu, ziyandır:
“Bu cür buzlu dondurmalar boğaza zərər verir və öskürəyin yaranmasına səbəb olur. Belə olanda bəzi bakteriyaların inkişafına da şərait yaranır. Avropa ölkələrində uşaqlara 2-3 yaşından dondurma yeməyə icazə verirlər. Orqanizmdə buna qarşı immunitet varsa, problem olmur.
Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur”.
Könül Cəfərli