Tatlısəsin azyaşlı aktrisa ilə bağlı paylaşımı tənqid edildi

Tatlısəsin azyaşlı aktrisa ilə bağlı paylaşımı tənqid edildi

Tanınmış müğənni İbrahim Tatlısəs azyaşlı aktrisa ilə bağlı paylaşımına görə tənqid olunur.

“Qafqazinfo” xəbər verir ki, o, sosial media hesabında “Yeşil vadinin kızı” serialının aktrisası Beren Gökyıldızla bağlı paylaşım edib. Sənətçi hazırda 13 yaşında olan baş rol ifaçısı Berenə 5-6 kq çəki verməli olduğunu deyib:

“Yaşıl vadi”nin qızı 5-6 kq arıqlamalıdır. Arıqlayanda yanaqlarının şişi də azalacaq. Gözəl qızımızı Ankarada kababxanada görmüşdüm, inşallah kababa olan istəyi bitər. Böyük qardaşını dinləsə, sevinərəm. Uğurlar, qızım, səni izləyirəm”.

Lakin Tatlısəsin bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta məşhur teleaparıcı Serap Paköz də müğənninin paylaşımına sərt reaksiya verib: “Şiddətə meyilli insanların əli dayansa, ağızları dayanmaz! İbrahim Tatlısəs bu ölkədə zorakılığın böyük qardaşıdır… Fiziki şiddət göstərə bilmədiyi halda psixoloji şiddətə keçir. Mən heç təəccüblənmədim. Şiddətəmeyilli insan olmaq xarakterlə bağlı problemdir”.

Tənqidlərin fonunda isə B. Gökyıldız instaqram hesabında illər öncə Tatlısəslə çəkilmiş fotosunu paylaşaraq yazıb: “Haqqında bəhs edilən kababçı…” 

Qeyd edək ki, Beren Gökyıldız “Anne”, “Kocamın ailesi”, “Bizim hikaye”, “Kızım” və s. seriallarında rol alıb.


Share: