Həqiqi hərbi xidmətə çağırış davam edir

Həqiqi hərbi xidmətə çağırış davam edir

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin bu il mayın 20-də imzaladığı Sərəncama müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırış davam edir.

“Qafqazinfo” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Sərəncamın müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin obyektiv təşkili, çağırışçıların hərbi xidmətə yararlılığının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi təmin olunub, onların Silahlı Qüvvələrə plan üzrə şəffaf bölgüsü aparılıb. Bölgü zamanı həssas qruplara xüsusi diqqət ayrılıb, sosial ədalət prinsipi nəzərə alınıb.

SHXÇDX müddətli həqiqi hərbi xidmətə çağırış işinin strateji əhəmiyyətini və spesifikasını nəzərə alaraq bu istiqamətdə fəaliyyətini yeni dövrün çağırışlarına uyğun qurmaqla şəffaflığın və operativliyin təmin edilməsini əsas prioritetə çevirib.

Gənclər əsgər olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşürlər.

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.


Share: