Xətai rayonu, Ayaz İsmayılov küçəsinin sakinlərinə isti suyun bahalaşması ilə bağlı bildiriş göndərilib.
“Xəzər Xəbər”ə müraciət edən sakinlər iddia edirlər ki, “Azəristiliktəchizat” ASC tərəfindən göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən dəyişiklik edildiyi qeyd edilib.
Binanın komendantı Məhəmməd Məmmədov deyib ki, 303 mənzildən ibarət olan bina “Neftçilər” üçün tikilib.
Onun sözlərinə görə, ötən gün “Azəristiliktəchizat” ASC əməkdaşları ona yaxınlaşıb və yeni tariflərlə bağlı elanın binanın giriş bloklarındakı lövhəyə vurulmasını istəyiblər.
Bina sakinləri “Azəristiliktəchizat” ASC-yə müraciət ediblər. Amma ötən gündən bu yana onları maraqlandıran suala cavab verən tapılmayıb.
“Azəristiliktəchizat” istisu tariflərində dəyişiklik edildiyini təsdiq edib.
Qurumdan bildirilib ki, bu addım iqtisadi səmərəliliyi artırmaq məqsədi ilə atılıb.
Daha ətraflı süjetdə: