UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.
Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandası arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Slovakiyada “Slovan” və Lüksemburqun “Svift Hesperange” klublarının iştirakı ilə oynanılan günün son dueli də eyni hesabla başa çatıb – 1:1.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
“Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) – 1:1
Qollar: Abat Aymbetov, 11 – Qabriel Siqua, 57
HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) – 1:0
Qol: Boyan Raduloviç, 3 (penalti)
“Haken” (İsveç) – TNS (Uels) – 3:1
Qollar: İbrahim Sadiq, 7. Mikkel Rüqor, 13. Even Hovland, 37 – Deklan Makmanus, 32
“Farul” (Rumıniya) – “Şerif” (Moldova) – 1:0
Qol: David Kiki, 56
“Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) – 1:1
Qollar: Vladimir Vayss, 25 – Dominik Ştolts, 22 (penalti)
Qırmızı vərəqə: Yuray Kutska, 45+6 (“Slovan”)
Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.