Məşhur futbolçu təcavüzə uğradığını deyib ağladı — Video

Məşhur futbolçu təcavüzə uğradığını deyib ağladı — Video

Ötən mövümü icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda keçirən məşhur futbolçu Dele Alli qalmaqallı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, İngiltərənin “Everton” klubuna qayıdan yarımmüdafiəçi sabiq futbolçu Qeri Nevilin yutub kanalına müsahibəsində narkotik istifadə etməsindən, təcavüzə uğramasından danışıb: 

“Narkotik vasitələr, alkoqollu içkilər düşkünü idim. Həqiqətlərdən qaçmaq üçün bu cür addımlar atırdım. Anam da içki düşkünü olub. 6 yaşımda ikən təcavüzə uğradım. Anamın dostu mənə təcavüz etdi. 7 yaşımda siqaretə başladım. Vəziyyəti düzəltmək üçün Afrikaya göndərildim, amma orada da narkotik vasitələr sataraq yaşamağa çalışırdım”. 

Bu haqda danışan Dele Alli göz yaşlarını saxlaya bilməyib. 

 


Share: