Tanınmış xəbər aparıcısı Ceyhun Əliyə “Azərtelekom”da vəzifə verilib.
Bu barədə Axar.az-a aparıcının özü məlumat verib. O bildirib ki, “Azərtelekom”un PR və Korporativ Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsində çalışacaq.
Aparıcı ATV kanalı ilə yollarının ayrıldığı barədə xəbəri təkzib edib. Bildirib ki, ATV ilə əməkdaşlığa davam edəcək.