Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.