Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində baş tutub.
Görüşdə NATO-nun Vilnüs sammitində qəbul edilən qərarlarla bağlı müzakirə aparılıb.