Süni intellektin birləşməsindən yaranan vizual sərgi açıldı

Süni intellektin birləşməsindən yaranan vizual sərgi açıldı

Türkiyənin Bursa Böyükşəhər bələdiyyəsi tərəfindən bərpa edildikdən sonra 2 min 300 illik Zindanqapıda təbiətin gözəlliklərini texnologiya ilə həmahəng edən “Təbiət alqoritmləri” adlı vizual sərgi açılıb.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha çox konsept sərgilərlə sənətsevərləri bir araya gətirən Zindanqapı Müasir İncəsənət Qalereyasında açılan növbəti sərgi rəssam Leo İşıkdoğanın fərqli və maraqlı mövzu ilə diqqət çəkən “Təbiətin alqoritmləri” sərgisidir.

Bursa Anadolu Liseyinin məzunu olan və Kaliforniyada yaşayan L.İşıkdoğanın sərgisi 7 fərqli əsərdən ibarətdir. Əsərlər xüsusi kodlaşdırılmış süni intellekt və yaradıcı alqoritmlərlə işlənib. Sərgidə təbiət aləminin görülməyən gözəlliyi ilə riyazi tənliklərin nizamlı strukturu arasında əlaqə nümayiş olunur.

Qeyd edək ki, vizual sərgi sentyabrın 17-dək davam edəcək.

Share: