Qubada bələdiyyə sədri sanitariya-gigiyena qaydalarının pozulmasına görə cəzalandırılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Möhüc kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Möhüc kəndinin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.