Nigeriya prezidentinin xüsusi müşaviri Dele Alake bildirib ki, dövlət başçısı ərzaq təhlükəsizliyi böhranı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
“Ən həssas təbəqəyə dəstək verilməsi üçün administrasiyanın mövqeyinə uyğun olaraq, prezident qida təhlükəsizliyi ilə bağlı təcili fövqəladə vəziyyət elan edib”, – deyə o bildirib.
Xatırladaq ki, iyunun 20-də Nigeriya prezidenti Bola Əhməd Tinubu ölkənin təhlükəsizlik aparatındakı məmurları tutduqları vəzifələrdən uzaqlaşdırıb. Tinubu bütün rəhbərləri və məsləhətçiləri, ordunun qərargah rəisini, eləcə də milli polis və gömrük rəislərini işdən çıxarıb.
Bundan başqa, o, Mərkəzi Bankın rəhbərini vəzifəsindən uzaqlaşdırıb. İnaqurasiya günü yeni seçilmiş lider əhalinin terror təhlükəsindən qorunmasının prioritet məsələyə çevriləcəyinə söz verib.
Mənbə: gazeta.ru