İran parlamentinin Hüquqi və Məhkəmə Komissiyasının sədr müavini Həsən Novruzi Dövlət Radio-televiziya Təşkilatının canlı efirində hicaba riayət etməyənlər barədə həbs cəzası təklif edib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
“Radio-televiziya Təşkilatında şıltaq hicablılar olmamalıdırlar. Hicaba riayət etməyənlərə qarşı 10 gündən 2 ayadək həbs cəzası qanunu tətbiq edilməlidir”, – deyə o qeyd edib.
Qeyd edək ki, İran cəmiyyətində “Qadın, Həyat, Azadlıq” etiraz şüarları ilə məcburi hicab qanunlarına riayət edilməməsi molla hökuməti üçün böyük problemə çevrilib.