Türkiyənin bu bölgəsində sakinlər təxliyə edildi

Türkiyənin bu bölgəsində sakinlər təxliyə edildi

Türkiyənin Hatay vilayətində yaşayan sakinlər təxliyə edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb meşə yanğınlarıdır.

Bildirilib ki, Hatay vilayətinin Suriyaya bitişik rayonunun sakinləri  güclü təbii yanğın səbəbindən təxliyə edilməli olub.

Yanğın dağlıq ərazidə yerləşən Belen rayonunda baş verib.

Külək səbəbindən yanğın daha da güclənib və bu, rəsmiləri evakuasiya barədə qərar verməyə məcbur edib.


Share: