“Ukraynanın gələcəyi NATO-dadır” — Sallivan

“Ukraynanın gələcəyi NATO-dadır” — Sallivan

“Ukraynanın gələcəyi NATO-dadır və bu, müzakirə mövzusu deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu “CBS News”a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Ukraynalılar cənub və şərqdə sərhədlərində cəsarətlə irəliləyirlər. Onlar Rusiya qoşunlarına böyük ziyan vururlar”, – deyə o bildirib.

Sallivan vurğulayıb ki, Qərb sanksiyaları sərtləşdirməyə davam etmək istəyir.


Share: