Gözdən-könüldən uzaq, unudulmuş kənd: Nə məktəb var, nə yol, nə də su

Gözdən-könüldən uzaq, unudulmuş kənd: Nə məktəb var, nə yol, nə də su

İsmayıllı rayonunun Keşxurt kəndində içməli su, yol, mavi yanacaq, tibb məntəqəsi və məktəb problemi yaşanır.

Gözdən-könüldən uzaq olan bu kənd rayon mərkəzindən 30 km uzaqlıqda yerləşir.

Bu kənddə cəmi 14 ailə yaşayır. Kənd sakinləri su üzünə həsrət qalıblar. Kənddə bulaq olsa da, yay aylarında quruyur. Əlacsız qalan sakinlər ya su qabları ilə yeddi km uzaqlıqda yerləşən qonşu kəndə gedirlər, ya da suyu pulla almalı olurlar. Yolsuz kəndə uzaq məsafədən gətirilən suyun qiyməti də ikiqat artır. Susuzluq səbəbindən kənddə ağaclar məhv olur, fərdi təsərrüfatlar sıradan çıxır.

Kənddə problem tək su ilə yekunlaşmır. Burada nə yol, nə mavi yanacaq, nə tibb məntəqəsi, nə market, nə də məktəb var. Kənddə yaşayan uşaqlar təhsil almaq üçün başqa yerlərə üz tuturlar. Qalacaq yerləri olmayanlar isə ümumiyyətlə məktəb –  dərs nədir bilmirlər.

Kəndin icra nümayəndəsi Rüstəm Babayev deyir ki, sözügedən yaşayış məntəqəsində içməli su üçün bulaqlar var, amma yay aylarında azalma müşahidə olunur. Kənddəki yolu isə bələdiyyə öz daxili imkanları ilə hamarlayıb, çınqıl töküb. Elektrik xətlərinin qismən yarasız hissəsi yeni məftillərlə dəyişdirilib. Kənddəki uşaqların sayı az olduğundan 2-3 uşaq qonşu kənd məktəbinə göndərilir.

Ətraflı “Xəzər” TV-nin süjetini təqdim edirik:

Share: