Yevlax Pilot Aqroparkda “Agromod” MMC, “Badamlıq” MMC və “Qulançar” MMC-lərə, eləcə də fərdi sahibkar Müşfik Hümmətliyə rezident statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
“Rezidentlər 120 hektar sahədə investisiya dəyəri 1,7 milyon manatdan çox olan intensiv meyvə bağları salacaq, 34 nəfəri daimi, 75 nəfəri isə mövsümi işlə təmin edəcək”, – deyə o qeyd edib.
Xatırladaq ki, keçən ay Azərbaycan və Özbəkistanın birgə müəssisəsi olan “Azting” MMC, 10 gün əvvəl isə dörd fərdi sahibkar Yevlax Pilot Aqroparkın rezidenti olub.
Yevlax Pilot Aqroparkda Agromod MMC, Badamlıq MMC, Qulançar MMC və fərdi sahibkar Müşfik Hümmətliyə rezident statusu verilib. Rezidentlər tərəfindən 120 hektar sahədə #investisiya həcmi 1,7 milyon ₼-dan çox olan intensiv meyvə bağları salınacaq, 34 nəfər daimi, 75 nəfər isə… pic.twitter.com/edg3U3Qjev
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 17, 2023