Naxçıvanda bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə ödənilən maddi yardımın həcmi açıqlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (NMR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023-cü ilin birinci yarımilində NMR üzrə əlilliyi olan şəxslərə ödənilən maddi yardımın ötən illə müqayisəli təhlilini təqdim edib.
Təqdimata əsasən 2022-ci ildə əlilliyi olan şəxslərə ödənilən maddi yardım 17 şəxsə 2380 manat idisə, 2023-cü ilin birinci yarısında bu rəqəm 889 şəxsə 98 min 270 manat olub.