Polşada “Cessna” şirkətinin yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, təyyarə insanların yağışlı havadan gizləndiyi anqarın üzərinə düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində təyyarənin pilotu da daxil olmaqla, 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Qəzanın səbəbi kimi əlverişsiz hava şəraiti göstərilir.
Mənbə: TASS