Paşinyanla Mişustin bu məsələləri müzakirə etdi

Paşinyanla Mişustin bu məsələləri müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Danışıq zamanı Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələlər müzakirə edilib.

Həmçinin, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.


Share: