Bu dəfə Türkiyənin Qaziantep və Muğla vilayətlərində meşə yanğınları başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük ərazini əhatə edən yanğının söndürülməsi hələlik mümkünsüz görünür.
Hadisə yerinə 8 helikopter, 40 canlı qüvvə və çox sayda su tankerləri göndərilib.
Xatırladaq ki, ötən həftə Türkiyənin İzmir şəhərində meşə yanğınları olmuşdu.