Nolan Tarantinonun karyerasını bitirmək qərarından danışdı

Nolan Tarantinonun karyerasını bitirmək qərarından danışdı

Rejissor Kristofer Nolan 10-cu filmi olan “The Movie Critic”in çəkilişlərini bitirdikdən sonra təqaüdə çıxmağı düşünən həmkarı Quentin Tarantinodan danışıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tarantinonun qərarını qiymətləndirən Nolan, “Kino asılılıq yaradır. Bu ağır zəhmət tələb edən, eyni zamanda əyləncəli işdir. Bu iş insanı çəkməyə məcbur hiss edən bir işdir və buna görə də könüllü olaraq dayanmağı təsəvvür etmək bir qədər çətindir. Amma mən bunu da başa düşürəm…O, rejissorların karyeralarının sonrakı illərində gördükləri bəzi işlərə baxır və deyir ki, əgər yaxşı olmayacaqsa, bunu heç etmə. Məncə, bu, çox obyektiv bir baxışdır. Bu, kino tarixinə dəyər verən bir kinosevərin baxışıdır”.

Qeyd edək ki, film haqqında hələ kifayət qədər məlumat olmasa da, təxmin edilir ki, “The Movie Critic”də məşhur kino tənqidçilərindən biri olan Pauline Kaelin həyatından bəhs edilir . Filmi hansı şirkətin istehsal etdiyi də bəlli deyil.

Share: