“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində missiyasının yerləşdirilməsi “vəziyyətin sabitləşməsinə töhfə verərdi”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil. Eyni zamanda, təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki “vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi”. Top (seçim-red.) Ermənistan tərəfindədir”, – o deyib.