Cəlilabad rayonunda evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Soltankənd kəndində ümumi sahəsi 104 kvadratmetrdən ibarət dörd otaqlı evin iki otağında tavanın 38 kvadratmetr sahəsi, bir ədəd pəncərə çərçivəsi və ev əşyaları yanıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb”, – deyə qeyd olunub.